Həqiqətdən söhbət açım,Gör nə xəbərdir yüküm.Mehri ülfətdən yaranan,Bir müqərrərdir yüküm.Yer üzündə qalaq-qalaq,Ağır qəmlərdir yüküm.Xoş baharın töhfəsindən,Tər çiçəklərdir yüküm.

El içində ad gətirdi,

Yazdığım dastan mənə.Eşidənlər əhsən dedi,Hər bir tərəfdən mənə.Bəxş olunan nur kamaldı,Ləli bədəxşan mənə.Günəş kimi şölə verir,Zərrəsi zərdir yüküm.

Əslim Eymir Aşıq Vəli,Gözüm yatmaz dünyada.Həqiqətə bəli deyən,Dostu satmaz dünyada.Yaxşı, təmiz ad qazanan,İtib-batmaz dünyada.Günbəgündən ucalacaq,Ölməz əsərdir yüküm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов