Üzə
Altmışımda nəsə könlüm vurulub,Bir qəddi qamətə, bir gülər üzə.Xanəndə, sazəndə elə yaraşır,Payəndaz döşənə yar gələ bizə.
Gözəl tovuz quşu, tovuz balası,Yanaqlar açılmış dağlar lalası,Dəstində həyatçün mey piyalası,Başında məclisi gələ evmizə.
Vəli minnətdardı hər qədəminə,Necə bülbül həsrət gül əndəminə,Dostum, əlindəki eşqin cəminə,Dayanam, qarşıda baxa göz-gözə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-uze
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Fəsad ilə dolu göylər edərkən tərsinə dövran,Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan.
YandımYenə yada düşdü nakam eşqimiz,O gözün oduna bir daha yandım.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Şikayətnaməİlahi, bu nə eşq, bu nə möhnətdir?Ənisim gah behcət, həmdəmim gahi müsibətdir.