Aşıqların gəlir keçir,Ələsgərin hanı, dağlar.Gedən düşür, düşən köçür,Bil hesabı-sanı dağlar.

Ellərinin var həvəsi,Köysündə yaylar cümləsi,Mehmanındı xublar dəsi,Mərdlərin meydanı dağlar.

Çıx yamaca bahar vaxtı,Sinən olmuş ellər taxtı,Nəşəsi qəlbimdən axdı,Könül mehribanı dağlar.

Abi-kövsərdi bulağın,Ləzzət verir bal, qaymağın,Gəzmək üçün hər oylağın,Cənnətdi nişanı dağlar.

Şahin quşun yuvasında,Şikar üçün davasında,Yapalağın yuvasında,Töküləcək qanı dağlar.

Sən görürsən gəlhagəli,Köysündən sökülən ləli,Dastan yazır Aşıq Vəli,Eşidib fərmanı dağlar.

22.03.1950

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов