Gözəllər
Bu yolla gedirsiz hansı yaylağa,
Sizin oylağınız hara, gözəllər?
Qənd tökülür şirin dilə, dodağa,
Libasın ipəkdir xara, gözəllər.
Sallanıban siz seyrana çıxanda,
Xəstə könlüm eşq oduna yaxanda.
Gendə durub pünhan-pünhan baxanda,
Eylərsiz qəlbimi para, gözəllər.
Hərəniz bir cürə ipək libasda,
Tər sinə üstündə şamama bəsdə.
Köçünüz ayrıldı Ağbulaq üstə,
Vəlini saldınız nara, gözəllər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-gozeller-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mindim Qıratın belinə,Kaş ki duşmən yüz olaydı
Mürəbbə: Başına döndüyüm, ey şahi-xubanBaşına döndüyüm, ey şahi-xuban,Şikəst verir yeni aya qaşların,
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat