Nə səfalı yerdir kəhrizin başı,
Hayıf ki, düşərik aral, a dilbər.
Ovçuyam ovumu ovlaram naşı,
Arınıb dönübsən marala dilbər.

Yaşılbaş sonatək yana çəkirsən,
Nə eşq ataşıdır cana çəkirsən.
Ağ nazik əlində şana çəkirsən,
Çin-çin eylə zülfün arala dilbər.

Mən Miskin Vəliyəm yoxdur soyadım,
İstəyirəm qəmli könlüm oyadım.
Layiq bilsən hasil eylə muradım,
İstəmə ki, rəngim sarala, dilbər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов