Mən bir söz söylərəm arif yanında
Sözüm yerə düşüb bimiqdar olmaz
Namərd bulunsa da, mərd meydanında
Durub ilqarında mötəbər olmaz.

Xəstə ollam namərd gülün dərəndə
Şəfa bullam mərdə salam verəndə
Namərd gözdə olar mehman görəndə
Mərd açar süfrəni qəlbi dar olmaz.

Miskin Vəli tut mərdlərə üzünü
Mərifətdən kənar etmə özünü
Hər vaxt həqiqətdən söylə sözünü
Bundan qeyri sənə yadigar olmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов