İlimiz dörd fəsil, on iki aydır,Arı şana çəkər, bal vədəsində.Bağbanın zəhməti bir haqqı-saydı,Yetirsin məhsulu bol vədəsində.

Qışda könül yatmaz meyvəsiz bağa,Dəm söhbət gərəkdi isti otağa,Bilsən nə deyərlər vaxtsız qonağa,Kişinin mehmanı ol vədəsində.

Vəfalı yar öz yarından usanmaz,Nə yalan danışmaz, nə də utanmaz.Gələndə sevinməz, gedəndə yanmaz,Açar alnı açıq yol vədəsində.

Əgər hökmün olsa Süleyman kimi,İxtiyarın varsa can alan kimi,Xalqa xidmət eylə sən insan kimi,Hörməti, qiyməti al vədəsində.

Vəli, mərdin məhəbbəti az olmaz,Müxənnəs başadək sərfiraz olmaz,Zimistana yaz deməklə yaz olmaz,Gül açmaz bülbülün lal vədəsində.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе