Bir adam ki, sənlə ülfət eyləsə,Onun əsil zatın ara, bilginən.Həqiqətdən, həcviyyatdan söyləsə,Yaxındı, uzaqdı ara, bilginən.

Bağban olsan, bəslə almanı, narı,Sərrafsan qiymətə yetir mirvarı,Mətahının bağlı olsa bazarı,Onda öz bəxtini qara bilginən.

Danışma məclisdə dəli, divana,Nə mənada şama yanar pərvana,Xəstəyəm qapına gəldim dərmana,Ağ sinədə bir cüt nara bilginən.

Aşıq Vəli, nə çəkirsən ahuzar?Tərlan oylağında olmazmı şikar?Cümlə bu cahanın bir qüvvəsi var,İşıq salır ürüzgara bilginən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов