Ulduz yolu və dolu
Yağış, yağış, yağış deyibdörd gözlə gözlədilər yağışı;yusun boynunu burmuştozlu yarpaqları,sulasın təşnə torpaqlarıbir yaxşı-yaxşı.Gözlədilər nə qədər;ey... günlərləarzular nisgilədönənə qədər.Yandı əkin, yandı bağ-bağat,Quruyub daş-torpağa yapışmışcücülərə,axşam-səhər böyürənmal-qaraya baxdıqca:uzaq ulduzlara,yollar yorğunu,çiyni səhəngligəlinlərə, qızlara,işığı bir çimdikayparaya baxdıqcaYağış, yağış, deyib gözlədilər.Gur leysan olmasa dabir çobanaldadan,heç olmazsa,bir çiskin olsun dedilər.Yağmadı.Yağmadı.Yağmadı.Ümidlər qurudu kor bulaq kimi.Daşlar bərkidi torpaq kimi.
Sarmaşıqlar dolaşdı budaqlarasarı qolbaq kimi.Qız-gəlinlərneçə həftə, neçə ayəlvan paltar geymədi,boyunbağı taxmadı.Göy açıq, üfüq təmiz.Yağmadı.Yağmadı.Yağmadı.
Bir gecə yarısıgurladı göy şaqhaşaq.Necə gurladı, necə!Parça-parça işıq cındırı ilədoldu, boşaldı gecə.Ağaclar əsdi əsim-əsim.Yeddi dərə sel ağzında gedənçaylaq daşları kimi töküldügöy gurultusunun səsi.Yağdı, nə yağdı!Amma...Nə yağdı?
Səhər göynətdi gözləriətrafdakı mənzərə.Yarpaqlar xırman-xırman,çubuqlar qucaq-qucaqdöşənmişdi yerə.Sanki gecə yağan dolunağıllardan çıxıb gəlmişbir Dəmirdişdi.Daş-torpağı oyub,bağ-bağatı kor qoyub,taxılı, pambığı kökündən biçmişdi.Kaş yumulaydı yolu,yağmayaydı bu dolu!..
Alim yoldaş!Sözüm yox,gedək Aya da, ulduza da.Birinci yaz məni.İstəyirsən qış çıxmamış apar,istəyirsən bu yaz, məni!Gedək aya da, uzaq ulduzlara da.Ancaq əlac lazımdır axıneçə il və neçə ayinsan zəhməti yemiş,pöhrələmiş, böyümüşyaşıl susuzlara da.Açılır qarşımızdakainatın sirləri də,ulduzların yolu da.Çox gözəl!Vaxt deyilmi, əmrimizə tabe olsunkülək, isti, soyuq da,qar, yağış da,dolu da?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/resul-rza-ulduz-yolu-ve-dolu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Çəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
OlsunMəni dərdə salan qonşu,Görüm üzün qara olsun.
TəzələnirYenə sevgim can almağa,Qeyzə doluf gəzələnir.
Məhbubumun mənimlə məhəbbət binası varMəhbubumun mənimlə məhəbbət binası var,Məlum olur şəfəqqətü mehrü vəfası var.