Buna nə deyim?
Göyün, yerin cazibəsi,Ürəklərin cazibəsi,Buna nə deyim?
İki qəlbin məhəbbəti,Sevginin and sədaqəti,Buna nə deyim?
Yarla acı danışasan,Sonra gülüb barışasan,Buna nə deyim?
Söz yarası dərin olur,Mehriban söz şirin olur,Buna nə deyim?
Bir ömürlük yolu getmək,Can deyərək can eşitmək,Buna nə deyim?
Ömür dostum, xəyal olsan,Səadəti məndən alsan,Buna nə deyim?
İşıq yansın qaranlıqda,Qoysan məni tənhalıqda,Buna nə deyim?
Göylərdən dərd, kədər gəlirTəklik dərdə bərabər gəlir,Buna nə deyim?
21 yanvar 1988.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-buna-ne-deyim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Tutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
VerirBir gün bir heyvanat gördüm, zənbur kimi şan verir,Xörəyi yük ilə gəlir, nəfəsi duman verir.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni