Hamı mənə sarı gəlir,Mən durmuşam yerimdə.Yol getməyə yolu gəlir,Mən durmuşam yerimdə.

Göydən məni görür Allah,Darıxıb ölür Allah.Mənə sarı gəlir Allah,Mən durmuşam yerimdə.

Uzaqdan bir adam gəlir,Məni ağladan gəlir.Yolumu bağladan gəlir,Mən durmuşam yerimdə.

Bu nə səsdi, bu nə əzan?!Xəbər gəlir ölümdən.Yer axtarma, qəbirqazan,Mən durmuşam yerimdə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти