Dünyaya çoxdan baxıram
Dünənki uşaq deyiləm,Dünyaya çoxdan baxıram.Ortaya düşən deyiləm,Durub qıraqdan baxıram.
Dünya səsli, çığırtılı,Kim eşidər pıçıltımı?!Bu küləyin uçurduğuSarı yarpaqdan baxıram.
Anam, heç nədən qorxmuram,Nə görsəm də, mən qorxmuram....Yerdən, bəndədən baxmıram,Göydən, Allahdan baxıram...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-dunyaya-coxdan-baxiram
Клавиши ← → для перехода, R — случайное стихотворение