Bu millətə nə verdik ki?
Bu millətə nə verdik ki?Kimsə qapdı ziyasını,Kimsə pozdu sırasını,Duzla yuduq yarasını,Xörəyinə duz vermədik.
Bu millətə nə verdik ki?İnamını noxtaladıq,İnadını axtaladıq,Var-yoxunu qarmaladıq,Bir çeynəm saqqız vermədik.
Bu millətə nə verdik ki?Halal tikə qənddi, – dedik,Yoxsuluna dərdli, – dedik,Kasıbına mərddi, – dedik,Mərd kasıba qız vermədik.
Bu millətə nə verdik ki?Çiyninə mindik, – öyrəşdi,Bir dillə min dil öyrətdik,Neçə fəndi-fel öyrətdik,Milyon aldıq, yüz vermədik.
Bu millətə nə verdik ki?Biz səhv etdik, batdı qanaMillət ata, millət ana,İlacı qalsın bir yana,Dərdi də ucuz vermədik.
Bu millətə nə verdik ki?Bu millətin səbri böyük,Dözür: dözüm həddinəcən,Dözür: dözüm səddinəcən,Dözür: dözüm xəttinəcən...
Sonra... daha sonra olmur,Sonra qara tufan olur,Sonra «qullar dünyasınınİntiqamı yaman olur...»
16 noyabr 1992
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-bu-millete-ne-verdik-ki
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Dila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
ŞükürlüyükTorpaq milyon illər yaşayar, susar,üstündə hər nə var qoynuna gedər.
Azərbaycanlı döyüşçülərəSizədir sözüm mənim, eloğlu, doğma qardaş!Yaranan tarix üçün səhifədir bu savaş.
AyrılıqMən saralıb sollam qərib ellərdə,Sözüm dastan olar bütün dillerdə,