Yaşamağa nə var ki?
Özündən azca uzağıMəni görməyə qoymurlar.Özümün sərhəd xəttimdəMəni ölməyə qoymurlar.Nə içimdə ağlamağa,Nə də gülməyə qoymurlar.Gözlərini satır dargöz,Bəxşiş vermək istər mənə.Nə ki, könlümə yatmazdıTezcə tapar, pislər mənə.Qanmaz qansa ki, qanmazdı,Yaşamağa nə var, qardaş!
Min arşın quyu dibində,Tamahkar əli cibindəGözlər ki, ulduz yağacaq,Ulduzla qızıl yağacaq.Bu hikməti babam deyib:«Girsiz dostdan bir qara daş...»Məni məndən gizlədərmişMən çəkdirən divar, qardaş!Qanan qandırsa qanmazıYaşamağa nə var, qardaş!
Bu dünya bir sınıq gəmi...Tərsi hara, düzü hara...Məni alıb yedəyinə,Üzgü bilməz, üzür hara? –Hər şey sirli, hər şey aydın,Pişik hürür, it yerinə,İt cumur toyuq yeminə.İçimdəki dava qoymurÇölümdə davanı görəm.Çətin burda anlamazıGörən adamı görəm.
Bu toydan başım çıxmadı,Bu yasdan başım çıxmadı,Evlənən kimdi, bilmədim;Və ölən kimdi, bilmədim.Bu dünya bir sınıq gəmi,Öz qollarım avar, qardaş,Yaşamaq nədi, bilməsənYaşamağa nə var, qardaş!
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-yasamaga-ne-var-ki
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Eşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Yat!Axşam namazını tələsik qıl, yubamna, yatSol böyriin üstünə uzanıb, qurdalanma, yat!
روزگار آسوده دارد، مردم آزاده رازحمتِ سِندان نمیآید درِ بگشاده را