Sabahın imtahanı
Dünən mənə neçə-neçə xəzinəninaçarını bağışladı.Koroğlular, Cavanşirlərvüqarını bağışladı.Neçə qala divarında imzalanmışdaş kitablar bağışladı.Anaların göz yaşından süzgəc olangümüş qablar bağışladı.Bircə qarış torpaq üçünBir obaya daş yağdıran,Rəiyyətə od daşıdan,quş sağdıranPadşahlara nifrətini verdi mənə,Ölümlərlə yaxalaşmaqcürətini verdi mənə.Bu gün mənə hələ əsrinsazağını soyunmamış,Hələ həyat köynəyininqan ləkəsi yuyunmamışYeni dünya, yeni aləm bağışladı.Kosmik qaçış, raket qədəm bağışladı.İnsanları səadətə haraylamaqhüququnu verdi mənə.Yerin-göyün hüdudunu verdi mənə.Sabahlara bel bağlamaqümidini verdi mənə.Bu ümidim elə şəffaf, elə safdır...Məncə, sabah dünəndən də, bu gündən dəƏdalətli, fərasətli,cəsarətli olacaqdır!Kürəklərdə dünənlərin, bu günlərinNə qədər ki, ağrısı var, alığı var,Nə qədər ki,ədalətlər, xəyanətlər,cinayətlər qalığı var,Su altının, su üstününNə qədər ki, «Polorislər» balığı var,Hərbi nazir,Hərbə hazırcənablarınNə qədər ki, hədə-qorxu qovluğu var –Sabahın haqq-ədalət məhkəməsiBir hökmüylə möhkəm əzib,Kometalar divanına göndərəcək,Həqiqəti,mərhəməti yağışlara,küləklərə döndərəcək.Mənə elə gəlir, bəzənDünyanın bir dərəsindəİtən kiçik bir xalqında dərdlərindənSabah halı olacaqdır.Sabah, yəqin ən barışmaz millətlərin,Böyüklüyün bayrağınıQan içində didişdirən dövlətlərinAğsaqqalı olacaqdır.Mənə elə gəlir, sabah –Üfüqlərdən baxıb hər vaxtƏlə düşməz bir oğrununBir caninin yuvasını nişanlayır:Yalanların, böhtanların,Sobasını nişanlayır:Ayaqlardan dartanların,Bir cümləlik tərif üçünYəhərlənib yortanlarınCavanını, qocasını nişanlayır.Mənə elə gəlir, həttaAdamların həyatındanƏxlaqından, muradındanSəhərin bir varağındaGündəlik də açıb sabah.Hələ bir gün,Bir gün dövlət imtahanı aparacaq!Soruşacaq qonşuluğun şərtlərindən,Ailənin ən mürəkkəb dərdlərindən,İnsanlığın qanunlardayazılmamış bəndlərindən...Yazılacaq –asılacaq buludlardan,pis alanlar!Yoldaşlıqdan, sədaqətdən,etibardan pis alanlar!..Ey əsrimin günahları!Döyün! Çırpın! Yuyun! Qurun!Sabahların imtahanı hələ durur,Hələ durur!
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-sabahin-imtahani
Клавиши ← → для перехода, R — случайное стихотворение