Hamı diş-dişə, göz-gözə,Ovçu kimi fürsət gəzər,Quş quşun başını üzər,Daş da əzib daşı yeyər.

Kimdi alıb-satan bizi?!Yeyər dişi batan -bizi,Dişi batsa, atam, biziDarağın da dişi yeyər.

Bu yurdun toyu-yası bu!..Dirisi bu!.. Ölüsü bu!..Yeyən bilməz -toy plovu,Yoxsa ehsan aşı yeyər...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов