Qanadım var, göyüm var
Qanadım var, göyüm var,Quşam, qəfəsim yoxdu.Uçmağa hər şeyim var,Təkcə həvəsim yoxdu.
Yol getməyə yolum var,Qulluğum var, qulum var,Xərcləməyə pulum var,Təkcə həvəsim yoxdu.
Nə dərd var, nə əzab var,Nə hirs var, nə qəzəb var,Ölməyə yüz səbəb var,Təkcə həvəsim yoxdu...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-qanadim-var-goyum-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Varmı?
Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
ÇəkərSevda sitəmindən cismim səd parə,Qəm ləşkəri bu hicrana mil çəkər.
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm