Buruldum son döngəni
Buruldum son döngəni,son tini də buruldum.Başa vurdum bu günü,əldən düşdüm, yoruldum.
Daha burdan o yananə döngə var, nə tin var.Bir düm düz yol, bir də ki,xoşbəxtlik dolu gün var.
…Amma məni poz daha,Məndən adam olmaz daha:O YOLU başlamağa,O GÜNÜ yaşamağaaxtar, gör indi kim var?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-buruldum-son-dongeni
Клавиши ← → для перехода, R — случайное стихотворение