Bir gör neçə ömür keçdiGecədən gündüzə kimi.Dünya neçə yol dəyişdiO gözdən bu gözə kimi.

Baxmadı göz yaşımıza,Nəyi gəldi xoşumuza?Günü döydü başımıza,Qarı çıxdı dizə kimi.

Kimi çiçək dərdi getdi,Kimi ürək qırdı getdi,Neçə şair öldü - getdiO SÖZdən bu SÖZə kimi.

Nəydi ki, Tanrının qəsdi?Verdiyi quru nəfəsdi.Haraya bir ömür kəsdiBu dünyada CƏZA kimi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов