Səma milyonçusu
Ürəyim həmişə əyində gəzənNimdaş paltar kimi süzülüb tamam.Bu axşamulduzlu göylərdən kəsib,Sökülən qəlbimi yamayacağam.
Qəlbim böyüyəcək azadlıq kimi,Sönmüş ümidləri səsləyəcəyəm.Ayı da bir gümüş manatlıq kimiGöydən cibxərcliyi istəyəcəyəm.
Mənimçün bəzənib vitrinlər axı:– Bunu istəyirəm...Yox, bundan çəkin!..Sonra uzadaram ay manatlığı,Bu ay manatlığı kim xırdalar, kim?!
Səhər radiolar verər səs-səsə,Qəzetlər danışar -(nə gop, nə hiylə):"Dünyada qəribə bir adam gəzir,Öz ay manatıyla,səma cibiylə".
Sonra əzizləyər yuxular məni,Heç kəsyuxularda dəyməz kefimə.Təkcə kosmonavtlar qorxudar məni,Birdən kosmonovtlar girər cibimə.
…Ürəyim həmişə əyində gəzənNimdaş paltar kimi süzülüb tamam.Bu axşamulduzlu göylərdən kəsib,Sökülən qəlbimi yamayacağam.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-sema-milyoncusu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bakıdan beş gün ayrılandayuxuma Xəzər girir.
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Dəmirqızla Daryaş söylənciDuzdağ elin toplumları yürüşdə,Yer dəyişmə yaranışda yasadır.
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin