Vətən duyğuları
Bakıdan beş gün ayrılandayuxuma Xəzər girir.Sarı qumlu sahillərdə çırpınangümüş telli ləpələr girir.Abşeronun boz, yanıq çöllərigirir yuxularıma,Anasıyçün ağlayankörpə uşaq kimi ağlardımqoysaydılar məniöz ixtiyarıma.
Dənizdə boylu çinar kimi yüksələnTənha buruğun təklikqəmini düşünürəm.Eybi yoxdur, deyirəm,çoxalarsınız yaxın zamanda,Təklik çətin olurHəm şad gündə,həm tufanda...Alagözlü gəlin Göygölümüdüşünürəm.
Yuxularıma Hacıkəndinpalıd meşələri girir.Gəncliyim Xaçbulaq yaylağındasarı çiçək dərir.Dağlarım, dərələrim, çöllərim var,Salxım-salxım yasəmənim,çəmən-çəmən güllərim var.Zənginlərdən zənginəm,Dalğalı bir dənizəm,Buludsuz bir ənginəm.Anam bircə qız gətirdi dünyayaLakin tək olmadımbircə an da.Tək olmadım nə xoş gündə,nə tufanda.Qardaşlarım var –yüz-yüzigid ürəkli qəhrəman.Bacılarım var –saf diləkli, mehriban.Ayağımın altında –neft ətirli torpağım,Başımın üstündə ulduzlu göylərim.Sularında doya-doya çimdiyim,məxmər örtüklü Xəzərim.Bir udum vətən suyuna,Bir ovuc vətən torpağınaHəsrət olanları düşünürəm.Vətəndən ayrı düşüb,Qürbətdə qalanları düşünürəm.Çətindir vətənsiz, elsiz olmaq,Ağırdır nəğməsiz, dilsiz olmaq,Doğma, şirin nəğmələrimidəyişmərəm bu dünyanındövlətinə, malına,Dəyişmərəm dost təbəssümünüDünyanın cah-cəlalına.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-veten-duygulari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Bir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
İki lövhəYolun alt tərəfi pambıq tarlası,Yolun üst tərəfi gömgöy zəmidir.
AşnalığıAy ağalar, gəlin sizə söyləyim,Əzəl yaxşı olar, yar aşnalığı.
Mən nə deyirəmMən deyirəm zülmkardan azad olsun vətənimPozulmasın xəzan vurmuş bağlar kimi gülşənim