Əmək sevinci
Bakı məsrur gözəlliyiyləbatmış dərin yuxuya.Hava sakit, gecə səssiz,ilıq bir yay nəfəsiyləXumar-xumar yırğalanır dəniz...
Yatmış dilbər Bakı dərin-dərin.Döyür qapısını xəyalım bu gecəŞirin-şirin yatanbu şəhərin...Xəzərin sinəsində yol salmışUlduzların karvanı,Oxşayır sahillərihəzin-həzin ləpələr...Bir qəhrəman sinəsinəYaslanmış kimi arxayınYatır mavi gözlü Xəzər.Bir evdən işıq gəlir,Sadə çıraq işığı deyilBu evin pəncərəsindənsüzülüb axanBir cüt parlaq göz kimiZülmətə baxan,Bu qoşa pəncərənin arxasındaSinəsini yazı masasına dayamışBir alim, axşamdan bəri,Qələm çalır.Elə bil onunzəkasından alırİşığını çıraqlar,O nə isə düşünür.Yada salır,Neçə-neçə açılmayan müşkülü var...Saçlarına dən düşmüş onun,Qoca deyil, sinni azdır.Neçə qışdır, neçə yazdırBu dolaşıq misallarınHəlli ilə məşğuldur o.Çətin, quru rəqəmlərəHakim olsa da çox zaman,Bəzən elə bil bu rəqəmlərƏlindəSadə bir quldur o.
O, iti qələmilə yazır, yazır...İnteqrallar aləmindənAyrılmayır bir an,Şer misralarındanDaha şirindir onaZaman-zaman açdığıBu misalların həlli,Soyumayır bir anda,Tapmayır təsəlli,Qızğın bir ehtirasa qapanaraqHər yandaYazdıqlarını görür...Duman içindən səhər açılan kimiBeynində aydınlaşır,Artır həvəsi, sevinci daşır,Alnının inci təri damla-damla tökülür.Qələminin altında bir kağız da bükülür.Bax, biri də, biri dəAtılır bir bucağa.Yenə dərin bir sükutçökür otağa.Yenə qələm işləyir,Yanır alim zəkası,İşıqlanır ədədlər və rəqəmlər dünyası...Burda zəka işləyir iti bir xəncər kimi,Burda qələm hədəf alırDürüst atan əsgər kimi.Birdən onun gözündəÖzgə bir işıq yanır.Otağını bir dünya,Özünü düşmən qalasınaİlkin qalxan bir əsgər sanır!..Bir gecəlik zəhməti o bu saat qurtarır,O, çətin misallarıdüzgün yolla çıxarır.Ağ dəsmalıyla silir alnının tərini,Sevinc, fərəh işıqlandırıronun yorğun gözlərini.Baxır pəncərədən doğma şəhəringecə mənzərəsinə.Qulaq asır dalğalarınsakit, yorğun səsinə...Elə bil ki, ulduzlar da bəyənmişdirKainatın bu füsunkar guşəsini,Bəzəmişdir göy XəzərinYaraşıqlı sinəsini...Bakı işıq səhrasıdır,Karvan çəkmiş ulduzlardan,Bakı şair ilhamıdır,Bakı gözəldir hər zaman!Gənc alim də fərəhlənir,Ürəyində iftixarlaBaxır doğma şəhərinə.Baxır, baxır o, vüqarla,Əmək, zəhmət yaraşıqdırBizim doğma bu şəhərə.Gəzir fikir, dolaşır heyKüçələrdən küçələrə.Varaqlayır xəyalındaO, ömrünün kitabını.Elə bil ki, əzbər deyirSevinclərin hesabını.Oxşadıqca sərin rüzgarSaçlarını onun hərdən,Alim deyir öz-özünə:Nə xoşbəxtəm bu gecə mən.
Qoy çalışmaq, yaratmaq,Hər döyünən nəcib qəlbdəBir arzu, bir əməl, bir hünər olsun!Dünyada bir sevinc, bir fərəh varmıAzad əmək sevincinə bərabər olsun?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-emek-sevinci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Əlkidə al alma, imas kim, ata tutar,Al ilə aldı könlümi ol şuxi-gül'uzar.
BayatılarMən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.
Açın üzləriNiqabi eylədi icad bir şahin hərəmiKi, misli-paşinə səng arizi-müxəddər idi.
Bakıyla Təbrizin arasındayamMənim qismətimdir alatoranlıqGecəylə gündüzün arasındayam,