Qanun
Qanun var ki, insanlarıkölə etmiş dünyada.Qanun var ki, qulluq yazmışbabalardan övlada.Qanun var ki, zəncirləmişçox arzunu, əməli.Qanun var ki, bazarlardasatmış nadir gözəli.Qanun var ki, körpələrisəfil etmiş, ac qoymuş.Qanun var ki, qocalarıçörəyə möhtac qoymuş.Yer üzündən bu qanunusilmək üçün hər zamanMübarizə yollarındaçox igidlər tökmüş qan.Qanun var ki, zəncirləmişruhu, dili, həvəsi,Sürgünlərdən azadlıqçünyüksələn məğrur səsi.Əzəmətli bir millətiqul eləyən qanun var.İnsanlığı əzmək üçünverilib bu qanunlar.Yarandığı gündən bəriinsan oğlu hər zamanƏdalətsiz qanunlaraqaldırmışdır min üsyan.Azadlığın bayrağınıucaldan bir insan daSədaqətin qanununuyaratmışdır cahanda.Köləliyə, əsarətəqara məzar qazıldı.Azad, gözəl bir ölkədəazad qanun yazıldı.İnsanların azad fikri,eşqi, hissi, duyğusu,Qocaların hər istəyianaların arzusu,Alqışlayır bu qanunusalamlayır hər zaman,Əmək, hünər dünyasınaalqış deyir hər insan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-qanun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
DənizDostum İ.İslama*Üfüqlərə başını
Dəniz tamaşasıGünəş qürub ediyor; göy... mühitimiz gömgöy...Göz işlədikcə könül uçmaq üzrə çırpınıyor,