Salamlar
Birinin gözləri gülürsalam verəndə.Birinin könlünün işığıgözlərinə tökülürsalam verəndə.Biri həzin, qəmli salam verir,Biri sərxoş kimidəmli salam verir...Biri təmkinlə,ağır-ağır salamlaşır,Biri yamanfağır-fağır salamlaşır...Biri buz kimi soyuq,şaxtalı salam verir,Birinin dağınıq fikri,xəyalı salam verir.Biri rəsmi salamlaşıb keçir,Biri salam vermək əziyyətindənuzaqlaşıb keçir.Biri acı, istehzalısalam verir,Biri xeyli təkəbbürlü,Xeyli ədalı salam verir.Biri salam vermirRütbəsi böyüyəndə.Biri salamlaşmayırYoldaşımla arası dəyəndə.Biri minnətlə salam verir,Biri xeyli əziyyətləsalam verir...Sadə salamları sevirəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-salamlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nə yaxşı dünyada vardır etibar,Dostluğun qırılmaz telləri vardır.
Rəfiqəm mənimCənazəni qürbətdəntəyyarəylə gətirdilər.
Müşkünaz xanımın əziz xatirəsinəDünyadan ən gözəl bir xanım getdi,Elə bildim ruhdan öz canım getdi.
SaatlarSaatlar nə ağır keçir bu axşamElə bil o qaçan saatlar deyil.
Стихи других поэтов
Arizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Bu yıxılan qədəhtək ayıla bilmirəm səndənNarım, gilənarım,Can eşqlə,
GörünməzGecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.
Məşşatə gözünə sürmə çəkəndəMəşşatə gözünə sürmə çəkəndəSanasan, gözümə bıçağı çəkər,