Saatlar nə ağır keçir bu axşamElə bil o qaçan saatlar deyil.Gəncliyin ətirli, coşqun çağındaRuzgar kimi uçan saatlar deyil.

Sürünür qüssəylə, qəmlə saatlar,Keçir ağır-ağır, geri dönməyir...Nədəndir sinəmdə gənclik atəşiİllər ötüşsə də yenə sönməyir.

Yenə gözəlliyə vurğundur könül,Baharlı günlərin sorağındayam.Bu ürək bir an da dincələn deyil,Elə bil baharın qucağındayam.

Səhərin hüsnünə heyranam yenə,Xəyalım pəjmürdə gəzir aləmi.Göydən sevinc yağır, sevinc tökülür,Qovur duman kimi kədəri, qəmi...

Arzularım böyük, meydan darısqal,Gəzir ruzgar kimi cilovsuz xəyal,Yaşamaq eşqiylə yenə yanıram,Gözəllik nuruyla işıqlanıram.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов