Yenə axşam düşdü, hava qaraldı,Ağac budağından bir yarpaq saldı,Səninlə dostluğum yarımçıq qaldı,Həsrətim, hicranım, neçin gəlmədin?

Yenə olan oldu, keçən də keçdi,Eşqin çeşməsindən könül su içdi,Yüz dostun içindən bir səni seçdi,Əziz mehribanım, neçin gəlmədin?

Mən uca başımı əyməzəm daha,Ümidlə baxıram nurlu sabaha,İnandım qəlbindən qopan bir aha,Ümidim, gümanım, neçin gəlmədin?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке