Bir yaralı əsgər yatır
Amandır sükut eyləyin,Bir yaralı əsgər yatır.Vətəninə keşik çəkən,Sədaqətli gözlər yatır.
Amandır səs eyləməyin,Yaralıdır nər sinəsi,Əsgər can verir bu gecə,Döşündə namərd gülləsi...
Ay batır bulud içində,Dayanın sükut içində.Ümidsiz ümid içindəBir yaralı əsgər yatır.
O keçdi alovdan, oddan,O keçmədi ana yurddan,Susun, sükut edin bir an,Bir yaralı əsgər yatır.
Dərdi silinməz bu yasın,Ağlasın, vətən ağlasın.İgidlər qara bağlasın,Bir yaralı əsgər yatır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-bir-yarali-esger-yatir
Клавиши ← → для перехода, R — случайное стихотворение