Mən dağlardan nərgiz gülü gətirdim,Şaxta vurdu nərgizlərim dondular.Yuvasından ayrı düşən quş kimiHəzin-həzin sinəm üstə qondular.

Ürəyimdə nə hərarət vardısa,Mən bu solan çiçəklərə bağladım.Şaxta vurub nərgizlərim donandaMən dözmədim, sakit-sakit ağladım.

Hər dərdimi dərin-dərin gizlədim,Gizlin dərdim gözlərimdən oxundu:Nadan gördüm, sərt nəfəsi şaxtatəkÜrəyimin nərgizinə toxundu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе