Dolores İbarruri
Mən səni heç görmədim,Eşitmədim səsini.Bəs nədəndiröz doğma anam kimiyaşayırsan xəyalımda gecə-gündüz?!Bəs nədəndirsəni mənə xatırladırSusuz yananhər çöl, hər düz?!Sən yaralı MadridinyanğınlardanGecələri gündüz olansinəsində...Azadlıqçün öz ömrünü qurban verənigidlərin sədasıdırGuruldayan gür səsində!..Yanır Madrid!Yanır İspaniya!Güllələr odu bir kələf kimidolaşanda havada,Eşitdim ki, İbarruri,Sən bağrına silah basıbVuruşursan davada...Dizlərində yaralı bir əsgərin başı,Quruyur kinindən gözünün yaşı...Onun can verən dodaqlarıÇəkir adını:İbarruri, İbarruri,Dodağında sönüb qalanbir təbəssüm,Sənin böyük qüvvətinə bir inamdır,Öz ömründən o günəşli sabahlaraKörpü quranbir əsgərə,Ölüm yoxdur! Bu – yalandır!Mən səninlə görüşmədim,Qəlbimdəki sənə aid qürurumubölüşmədim,İbarruri, İbarruri,dolaşır səngərləribir zəfər bayrağı kimiadın sənin!..Dağlara köks gərənbir qranit qayadır,İnadın sənin!..Mən səninlə danışmadım,Gözlərinə baxaraqbir doyunca danışmadım...Ey ellərin doğma qızı,İbarruri!...Heç sönərmi al günəşinböyük nuru,Yer üzündə parlayırkənSəni yaşadan əməl?!Söylə sənə ölüm varmı –Qalib gəlmədən əvvəl?!Dolores!..Adını tanıyır hər kəs,Qaragözlü Madridinyaxasından,ölüm asanCəlladlara qarşı daşırkinin sənin,Bu qəhrəman günlərindəsilahındır dilin sənin,Görürsənmi, İbarruri,Əməlinin şahididir, –Sənə dostluq duyğusuylaUzadılan bu milyon əl.
Səni bizə sevdirənbax, bu duyğu, bax, bu əməl,Aramızdakı bütünböyük sədləri aşır.Sən mərd dayan, İbarruri,Sənə mərdlik yaraşır!
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-dolores-ibarruri
Клавиши ← → для перехода, R — случайное стихотворение