Ömrümün, günümün yar-yaraşığı,Al-əlvan geyimli dağ çiçəkləri,Niyə əziz tutdu könlüm, bilmirəm,Çiçəklər içində ağ çiçəkləri.Ayrılıq rəmzidir həzin görkəmi,Görün nə incədir qüssəsi, qəmi,Yar onu verəndə ayrılıq dəmiDedi: sinən üstə tax çiçəkləri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе