Gözəllik
Gözəllik hər zaman oxşayır bizi,Gözümüz hər yerdə axtarır onu.Füsunkar gözəllik ruha xoş gəlirNə qədər sadəcə olsa da donu.Qəlbi təmiz olan insan gözəldir,Şəfəqlər içində cahan gözəldir...Bəzəkli nadandan ağıllı bir kəsSadə paltarda da, inan, gözəldir.Bərbəzək yaraşır qıza, gəlinə,Hər şeyin öz yeri, öz məqamı var,Bir kitab götürsə hərdən əlinə,Daha çox yaraşar əyninə paltar.Əqil, zəka olsun gözəldə gərək,Günləri mənasız gəlib keçməsin...Xeyirli işlərin başında gərək,Məzmunsuz həyatı sevib seçməsin.
Gözəl ana olsun, gözəl rəfiqəGözəl həkim olsun, gözəl mühəndis.Baxıb fərəhlənək, sevinək hər vaxtVarlığın bu gözəl nemətinə biz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-gozellik
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cənazəni qürbətdəntəyyarəylə gətirdilər.
Müşkünaz xanımın əziz xatirəsinəDünyadan ən gözəl bir xanım getdi,Elə bildim ruhdan öz canım getdi.
SaatlarSaatlar nə ağır keçir bu axşamElə bil o qaçan saatlar deyil.
Yenə axşam düşdü, hava qaraldıYenə axşam düşdü, hava qaraldı,Ağac budağından bir yarpaq saldı,