Mən sənin torpağındanBoy atmışam, vətənim...Dirçəlmişəm, qalxmışam,Dənli sünbül olmuşam.

Eşqini ürəyimdəYaşatmışam, vətənim.Min nəğməli, min sözlüCoşqun könül olmuşam.Mən səndən öyrənmişəmEşqi də, nifrəti də.İnsana, təbiətəSonsuz məhəbbəti də...Bir gün sinəmdə əgərÇırpınmasa bu ürək,Torpağın altda beləSənin böyük eşqinləHəmişə döyünəcək...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви