M.Y.Lermontov

Sevirəm, ey nazlı Zairəm, səni,Sevirəm, ey yunan gözəli, qəlbən.Dünyanın nə qədər zinəti varsa,Ayağın altında səpələrəm mən.Seyr edərkən böylə sən xumar-xumar.Mavi gözlərinlə bütün hər yanı,Olarsan könlümə sən bir hökmdar.Qul kimi tərk edib mən bu dünyanı,Gəzərəm arxanca hey diyar-diyar.Qoy çalsın, oynasın nazənin Gülnar,İspan rübabını ağ əlləriylə;Nə qədər istəyir çalsın füsunkar,

Ona həsəd etmə, nazlı mələyim,Ey eşqim, əməlim, həzin diləyim.Atəşin Gülnarın şux nəğməsini,İncə gitaranın həzin səsini,Bu şərq güllərinin rayihəsiniVerərəm can alan bir baxışınçın.Hazır Sultan Əhməd keçməyə, inan,Sənin bir baxışın, bir öpüşünçünQızıldan, incidən, ləldən, yaqutdan!..– Sultan! Vəhşi, yoxsul yarandım əlbət,Mən məğrur bir ruhla doğuldum fəqət.Əsirəm, yoxsulam, yoxdur qərarım,Nifrət bəsləməyə var ixtiyarım.Unut, qoca, unut, boş arzuları,Könlümün özgəylə olmuş ilqarı!Qəlbim ilk eşqinə bəslər sədaqət,Qəzəbli sultanla etmərəm ülfət,Bil ki, nə nəvaziş, nə sitəm, nə naz,Buz kimi qəlbimdən sevgi qoparmaz!Hazıram ölməyə, etmərəm fəryad,Söylə hazırmıdır sizin də cəllad?Gecə çökmüş aydın və cazibədar,Bu sakit gecədə nə xoş ətir var.Ədəm gecəsindən gözəl bir gecə,Geniş Sareqradda yatır səssizcə.Yalnız guruldayır uzaq ləpələr,Çarpır dik-divara yenə sərasərO hərəmxananın pəncərəsindənGümüş ay işığı axıb nurlanır.O bəzəkli, incə, əlvan şişələrSoyuq bir atəşlə alışıb yanır.Parlayır qotazlar, xara divarlar,O yumşaq taxtlarda min bir bəzək var.Bu sərin gecədə nəfəs alaraqBardaş qurub sakit oturmuşdur bax,Pəncərə önündə yalnızca Gülnar.Çırpır sahillərə coşqun dalğalar.Hər yer sakit, susmuş elə bil cahan,O incə əllərdən düşür bu zaman,Səssizcə təxt üstə düşür gitara,Gülnar baxır, baxır ağ dalğalara.Gülnar coşqun bəhri hey seyrə dalır,Uzaq vətənini yadına salır...Orda hər bir bucaq könlünə yardı,Orda bol şəftəli və limon vardı.Dolaşır xəyalı öz ellərində,O Qvadalkvirin sahillərindəDibində köpüklər yatan divaraSöykənərək baxır ac dalğalara.İspan qızı səssiz dinləyib dalır,Ay onun üzünə solğun rəng salır.Zərif bir bağırtı... bir qadın səsi,Büllur dalğalarda divar kölgəsiTitrədi. Ləpələr çarpdı bu gecəAğ bir şey göründü, sonra gizlicəYox oldu. Qalmadı ondan bir əsər,Yalnız çırpınırdı oynaq ləpələr...Pəncərə önündən qalxaraq Gülnar.Qısqanc təbəssümlə edib iftixar,Yenə gitaranı əlinə alır,Vəhşitək o ispan nəğməsi çalır.“İntiqam” sözünü eləyir təkrar,Coşqun nəğməsini çalır füsunkarQəzəbli bir sevinc vardır üzündə,Od yanır gənc qızın siyah gözündə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов