Tərs arvad
Adam Mitskeviç
Özünü öldürənlər artmış bizim zamanda,Odur, çay qırağında, körpülərdə, hər yandaQarovul düzülərək çoxlu jandarma durur,Rəngi qaçmış bir adam gördümü, dərhal sorur:
– Nə var, sizə nə olmuş? – Ondan cavab almamış,Biçarənin halına belə bircə qalmamış.Özünü ağalara göstərməkçün qəhrəman, –Qataraq qabağına gətirir onu haman.Guya xilas edərək həyatını bu kəsin,Tez açır qarşısında qapısını məhbəsin.Senanın sahilində bir dəfə, başyuxarı,Bir nəfər də qaçırdı; jandarma ona sarı.Yüyürüb dayandırdı: – Ey, hara gedirsiniz?Kimi axtarırsınız, söyləyin, burada siz?– Allah eşqinə, əl çək! – dedi yüyürən nəfər, –Arvadım suya düşüb, yoxdur ondan bir əsər.Görürsənmi, ağlımı tamam şaşqınlıq sarmış,Görünür ki, yazığı amansız çay aparmış.Jandarma irad etdi: – Yazıq, görünür ki, siz,Dünyada su elmindən tamam bixəbərsiniz.Nə üçün düşmüşsünüz belə yersiz təlaşa,Aşağı getməkdənsə, yüyürürsünüz başa?Arvadınız bu çaya düşüb axmışsa əgər,Axınla aşağıyla aparacaq ləpələr...Kişi fikir verməyib, yuxarı səmtə getdi.Yalnız o jandarmaya belə etiraf ifadə etdi:Məni çaşdırmamışdır, jandarma, inan, yadım,Ancaq çox tərs arvaddır mənim bədbəxt arvadım.O, dünyada heç kəsin etdiyi kimi etməz,Çayda da başyuxarı gedər, aşağı getməz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-ters-arvad
Клавиши ← → для перехода, R — случайное стихотворение