Başına dolanım
Başına dolanım, dönüm, ey Vətən,Necə də yormuşdur xəzan, qış səni.Nələr çəkməmisən bu dünyada sən,Alsın öz qoynuna nəvaziş səni.
Bizim dağlara da gələcək bahar,Azadlıq, ağ günlər yan alır sənə.Tələsir köksünə uçan durnalar,Alqış o ölməyən həyat eşqinə,
Uzaqdan baxıram həsrət, nigaran,Ay çıxır axşamdan yolların üstə.Sənin həsrətinə, qəminə qurban,Sən məndən qəlbimi, ruhumu istə.
İnan çəkinmədən qalan ömrümü,Ürəklə atardım ayaqlarına.Elə istəyintək talan, ömrümü,Sına mərd oğlunu, qızını sına.
Başına dolanım, dönüm, ey Vətən,Sənin həsrətinlə çırpınır ürək.Sənə od axtarıb, alov gəzmişəm,Ömrü oda verən Prometeytək.
Ölərmi vətənə bağlanan ürək,Nə qədər sən varsan, demək varam mən.Mən ki, pay almışam məhəbbətindənDeməli xoşbəxtəm, bəxtiyaram mən.
Köksünə can atan pərvanə kimi,Yandır alovunda, yandır məni sən.Adın nə şirindir təranə kimi,Həyatım, varlığım, ömrüm-günümsən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-basina-dolanim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Niyə məni dərdi-hicran,Öldürür ol yardan ayrı.
Könül, cahanda qəmi-hicri-yarə səbr eyləKönül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.
Mürəbbe: Gedərdi sinəmdən bu dağ həsrətGedərdi sinəmdən bu dağ həsrət,Əgər sənin cəmalını görsəydim,
MəniQəza qırdı şikarımı tüyürdən,Qədər mindiribdi yad ələ məni.