Bəzən bir igidin...
Mətin inqilabçı Xosrov Ruzbehinəziz xatirəsinə
Bəzən bir igidin, bir sərkərdəninƏməli bir xalqa min şöhrət verir.Ölüm qabağında, bircə nəfərinVüqarı orduya cəsarət verir.Bəzən bir qığılcım, bircə parıltıKöksünü qəflətən yarır zülmətin.Bəzən bir sənətkar, bir şair, rəssamŞöhrətinə dönür böyük millətin.Sən belə insanlar, belə igidlər,Belə qəhrəmanlar cərgəsindəsən.Getdiyin yollara çiçəklər səpənBir xalqın adından danışıram mən.Göylərə qaldırdın sən ölümünlə,Vaxtsız ölümünlə doğma bir eli,Ömrün baharına tez əsdi, heyhat,Necə də tez əsdi gör xəzan yeli!
Sən həyat eşqilə ölümə getdin,Belə ölümlərə həyat demişlər.Qoynunda çox sıxdı zindanlar səni,Belə əsarətə nicat demişlər!..Yenə də ölümlər tutmuş hər yeri.Uçardım o yerə qanadım olsa.Verərdim ömrümü azadlığa mən,Verərdim bu yolda min adım olsa.Gəl bir də vuruşaq həyat eşqinə.Tökülən qanlardan torpaq yorulmuş...Dağı dağ üstündən vuran düşmənəDe ki, qarşıdadır ən əsas vuruş!
Dünyada tapan da, itirən də var,Uduzan da olur, udan da olur.Mənfəət gəzənlər, nəf axtaranlarBizim dünyamıza ağır yük olur.Biz xeyir gəzmədik öz ömrümüzdən,Öz doğma yurdunu itirən də biz.Min acı həsrətlə görürəm bəzən,Boylanır yollara vəfalı Təbriz.İtirdik səninlə, itirdik, bəli,Vuruşda dostları biz alay-alay.Hicran qılınc kimi bölsə də eli,Araz bu həsrətlə salsa da harayKim deyir bu yolda qazanmadıq biz,Kim deyir ömrümüz uçarı oldu.Bəlkə gül açmadı məhəbbətimiz,Ömrümüz azadlıq açarı oldu.Getməmiş ömrümüz, işimiz hədər,Bir dağ zirvəsidir əməllərimiz.Sənin də qoynuna ağ günlər gələr,Gözlərin dolmasın, yaralı Təbriz.Dünyanın solmayan bir baharı var,Ömürdən bircə gün qalarsa beləQoy bizi gözləsin yollar, cığırlar,Azadlıq qovuşar Vətənə, elə.
İtgimiz çox olub, qazancımız az,Bəlkə də bu yolda öləsiyik biz.Həyat da, vuruş da itgisiz olmaz,Vətən qisasını alasıyıq biz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-bezen-bir-igidin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
نقصان بپذیر و سودمند همه باش
Bizi məyus edən dəhrdə məyus olsunDüşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
VarÜrəyimiz çiçəklənir,Elin əcəb cəlalı var.
Mürəbbə: Quberniya bina olandan bəriQuberniya bina olandan bəriOğrunun hər biri bir xanə dönüb