Baxma
Üreyim qan ağlar hər səhər-axşam,Sən həmişə gülən üzümə baxma!Gözümdə, göz yaşı parlayar müdam,Sən yanıb alışan gözümə baxma!
Səninlə sakitcə danışan zaman,Sinəm bir dalğalı ümmandır, ümman.Üreyim pərişan, ruhum pərişan,Sən gülən şerimə, sözümə baxma!
Dərdimi heç zaman üzə vurmaram,Hər sözü söz edib, sözə vurmaram.Birimi şişirdib, yüzə vurmaram,Sən sadə onuma, yüzümə baxma!
Elin sevincidir sərvətim, varım,Dağı dağ üstünə qoyar qollarım.Dolaşıq, çarpazdır ömür yollarım,Sən sadə görünən izimə baxma!
Demə ki, bir səhər ulduzum batar,Sinəmdə, qəlbimdə min tufan yatar.Yadları Vətəndən süpürüb atar –Sən sakit görünən üzümə baxma!
Sonsuz arzulardır qonağım mənim,Qartallar yurdudur oylağım mənim;Vətəndən gələcək sorağım mənim,Sən bəzən ağrıyan dizimə baxma!
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-baxma
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Səhralarda seyr eləyən xan oğlu,Bir xəbər ver görüm handan gəlirsən?
"Kəlniyyət" məcmuəsinin ruhunaÖtdünsə sənin ruhuna mən fatihəxanəm,Rəhmət ola, min yol sənə rəhmət, genə rəhmət.
MünəcatƏsirgəsin Tanrım yabançı gözdənBizim eldə məbədinin daşını!
SəninAlçaqlı, ucalı dağlar,Xub əsir yellərin sənin.