Sən dağlardan qoparaqQıjıltıyla axırsan.Vəhşi dağ gülləriniYandırırsan, yaxırsan.Hay-küy salıb hər dikdəGurlayırsan faydasız,Səndən bircə qətrə suGötürməyir gəlin, qız.

Yaz selitək şaqqaşaqGurlayırsan dağlarda,Neçə quru çöl, çəmənSənsiz qalmışdır darda.Susuz, yanan çöllərinBağrı cadar-cadardır.Səninsə yuxarıdaAncaq hay-küyün vardır.

Sən aşağı endikcəAxırsan yavaş-yavaş,Sakit bir əzəmətləAxırsan çölə birbaş.O sərin nəfəsindənÇəmən, çiçək də gülür,Çöllərin üzərinəElə bil nur tökülür.Susuz, yanan düzlərinSinəsinə dolursan,Gör, aşağı endikcəNə faydalı olursan.Çöllərin yarı Tərtər,Sula bağları, Tərtər!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе