Mən də eşitmişəm bu dünya mülküVahid bir dostluqla gözəldir əlbət...Onsuz bu aləmin yoxdur ləzzəti,Onsuz həyat dolu qüssə, fəlakət.Sakit bir dostluğun olmasa əgərÖmrün-günün gəlib işıqsız keçər.Dinlə, lakin başqa bir hiss də vardır,Həm yorar insanı, o həm məst edər.Zəhmətdə, qayğıda dinclik zamanıAman verməz, səni çeynəyib didər.O zalım bir hissdir, ruhu parçalar,İztirab içində sönər qəlbimiz,Ümid şölələri yanmasa bir anBu dərin yaradan sağalmarıq biz,Bax, məni yandıran ehtiras budur.Solub məhv oluram, yaman indidənBu dərddən sağalmaq istəmirəm mən...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов