Açıb varaq-varaq oxuyum deyə,Təbiət baharda kitabım olsun.Gəzim aşıq kimi çöldə, çəməndə;Hüsnü vəsf etməyə rübabım olsun.

Canandan söz açım sərim Şinkara,Eşqimin gəlini geysin al xara.Dikib gözlərimi uzun yollara,Yarı gözləməyə qoy tabım olsun.

Əgər görünməsə bulaq başında,Rahim, yaz adını çeşmə daşında.Vaqif tək demirəm on dörd yaşında,Mənim də öz tayım, öz babım olsun.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви