Gözəllər gözəli görmək istəsənBizim Muğana gəl, ara ceyranı.Canımdan çox əziz bilmişəm hər vaxtO şəhla gözləri qara ceyranı.

Deyirlər indi o, Muğandan köçür,Gözləri qan yaşlı İrana keçir,Görən harda yatır, harda su içirOvçu gətirəli zara ceyranı?

O, tərk olsa əgər azər elindən,Sənə lənət yağar şair dilindən.Bir xata çıxmasın ovçu əlindən,Amandı salma gəl dara ceyranı.

Boylanır quzusu baxır hər yana,Nişana alma gəl, odlanar ana.O ki, yaraşıqdır Azərbaycana,Didərgin salırsan hara ceyranı?

Ceyransız Muğanın gözləri dolar,Ətrini saçmamış çiçəklər solar.Öldürsə, Rahimə ağır dərd olarOvçunun vurduğu yara, ceyranı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов