Bənnanın arzusu
Bənna qoyduqca evin daş üstünə daşını,Hay verir çağrışına cavan, qoca əmələ.Şirin iş vaxtı bəzən o qaldırır başını,Ehtiramla göz dikir meydandakı heykələ.Günlər keçir, imarət ucalır yavaş-yavaşHəmin heykəllə durur bizim usta üz-üzə;Nəğmə deyir arabir, daş üstünə qoyub daş,Arzuları çevrilir bir işıqlı gündüzə.Həftələr keçir belə, yenə qalxır imarət,Səhər tezdən quş kimi qonub uca divaraMəhəbbətlə işləyir göstərdikcə məharət;O çatdırmaq istəyir divarı göy çinara.Ucadır çinar ancaq, dik başına baxandaAz qalır ki, adamın papağı düşsün yerə;Yuxarı mərtəbəyə o hər dəfə çıxandaQanadlanır dəyincə gözü təzə şəhərə...Aylar keçir, ucalır bizim ağ daşlı bina,Usta durur üz-üzə göy çinarla bu dəfə.Quşlar qonur ağacın qalın budaqlarına,Buludlar üzərindən axır cənub tərəfə.İl keçir, əzəmətli imarət çatır başa,Böyük bir sevinc ilə suvayıb son daşları
Bənna yuxarı qatdan baxıb edir tamaşaAşağıda, çinarda nəğmə deyən quşları.Seyr edir... Ürəyində bu zəhmətkeş insanınGözlərindən duyuram, sevimli arzusu var.O, istəyir ki, təzə tikəcəyi binanınDolansın üst qatından aşağıda buludlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-bennanin-arzusu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey beş il bundan qabaq gördüyüm gülər üzlü,Şirin söhbətli, sözlü
Xalçaçı qızBizim təbrizli qızlar,Nəzərdən gizli qızlar,
NəğmələrHidrostansiya... Parlaq işıqlarBuradan ətrafa yayılacaqdır.
Azad bir insanındır, nə fərqi var kimindirAzad bir insanındır, nə fərqi var kimindir.Yatır eyvanda körpə, qədim asma beşikdə
Стихи других поэтов
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.
SöküldüAğzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü
Təbrizli analarMən təbrizli analara bələdəm,Fəxrimdir bu əziz, qoçaq analar.
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.