Nəğmələr
Hidrostansiya... Parlaq işıqlarBuradan ətrafa yayılacaqdır.Onun şöləsindən sevdalı quşlarSəhər nuru sanıb ayılacaqdır.
Bir qız nəğmə deyir işləyən zaman,Ona fərəh verir azad sənəti;Bizim dünyamızda əməkçi insanDustaq eləmişdir qəmi, həsrəti.
Hələ stansiya çatmayıb başa,Girirəm mən onun bir şöbəsinə.Çalışan qızlara edib tamaşa,Zəhmətin barına baxıram yenə.
Qızlar calaşdırır təzə xətləri,Buradan basacaq işıq kəndləri.Mən salam deyirəm, cavab verirlər.Doğur ürəyimdə bir aydın səhər.– Kimdi məlahətlə oxuyan?– Bu qız!O:– Kiri! – söyləyir.– Utanmayınız!Gözəl səsiniz var. (Daha dinməyir.
Kim deyir ürəkdən o sevinməyir?)– Deyin işləriniz necədir?– Niyə,Pis deyil, aprelə bizdən hədiyyəKürün qırağından işıq olacaq.– Var olun, a qızlar, buna varam, bax!..Çıxıram bayıra həmin şöbədən,Astanadan azca ayrılmamış mən,Qız yenə qaldırır zərif səsini.Duyuram əməyin təranəsini.Elə bil ki, deyir: “Zəhmət nəğmədir,Onun mənasını yaxşı düşün bir”.Bozdağa qalxıram “Moskviç”də mən,İtir stansiya nəzərlərimdən.Məskənim olduqca təzə iş yeri,Gəlir qulağıma nəğmə səsləri.Bu, azad əməyin şeriyyətidir.İnsanın əbədi məhəbbətidir.Gəzirəm kəndbəkənd, şəhərbəşəhərGəlir qulağıma yeni nəğmələr...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-negmeler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Al yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Uşaqları məktəbə şövqləndirməkUşaqlar, hazırlaşın, durun, gedin məktəbə,Tə’lim alıb oxuyun, adət edin ədəbə.
یاد آن که جز به روی منش دیده وا نبودوان سست عهد جز سری از ما سوا نبود
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,