İnsan və ölüm
Həkim dedi ümid yoxdur, gedəcəkXəstə dedi həyat davam edəcək.Dərin sükut çökdü evə bir anlıq.İşıq doğsa, qaçıb gedər qaranlıq.Dirsəkləndi o, balınca bir qədər,Dodağında gül açanda gülüşlərGözlərinin qapaqları yumuldu,İnci saçan dodaqları yumuldu.İlk bahara aşiq olan o insanKarvanını belə çəkdi dünyadan.Köçdü, bu dəm qonşuluqda bir uşaqAğlayaraq gəldi dünya üzünə.Vəhmələndi ölüm, yaman qorxaraq.Həmən körpə yüz göründü gözünə.Nəzər saldı yer üzündən köçənə,Nəzər saldı badəsini içənə.Söylədi ki, aparmamış mən bunu,Bir körpə də gəldi yenə cahana.Kəsərəmmi adamların sonunu,Mən bu sayaq batarammı insana.Səs eşitdi: ölüm, təksən, çoxuq biz,Yaşamışdır, yaşayacaq nəslimiz.İnsan gedib həmişəlik yuxuya,Əbədiyyət dünyasında gülürdü.Həmən səsdən düşüb yaman qorxuya,Sarsılaraq, ölüm özü ölürdü...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-insan-ve-olum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bəyəndiyin yola sən yönəl etiqadla get,Xətər gəlməz adına,
Xəyallar aləmindəOturub göyərtədə cavan mühəndis yenə,Papiros çəkib, baxır Xəzərin sinəsinə.
Addımla cəbhəyəAddımla cəbhəyə,Düşmənə vermə heç aman.
Dolu düşməsin bağaYenə çaxır ildırım, yenə yağış tökülür,Elə bil ki, asiman parçalanıb, tökülür.
Стихи других поэтов
Axşam olur, quşlar dönər yuvayaMənim dönüb qonacağım dal hanı?
Qal indiBir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
Bu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdiBu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdi.Şəbab əyyami getdi, zövqi-sövdayi-cahan keçdi.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır