Bəyəndiyin yola sən yönəl etiqadla get,Xətər gəlməz adına,Çatarsan muradına,Varsa tutduğun yola ürəyində məhəbbət.Baxça-bağ sal, ağac ək.Şitillərə qayğı çək.Bir gün əyib onların bəhərli şaxlarını,Dərərsən iftixarla meyvəsini, barını.Səninki olar yəqin sevinc, fərəh, səadət –Varsa tutduğun yola ürəyində məhəbbət.

Şaxtaçı ol, çoban ol.Mətanətli, dözümlü, dəyanətli insan ol.Balıqçı ol, inadla suları yara-yaraSinə gər dalğalara.Qabağında quzuya çevrilər tufan belə.Aslanı ram edərsən, şir olar maral kimi.Çətinliklərdən əsla çəkinmə bir an belə,Sən bu mavi göylərə qanadlan qartal kimi;Əyilər qabağında zaman-zaman təbiət –Varsa tutduğun yola ürəyində məhəbbət.

Özünə sənət etsən uca dağlar yarmağı,Dəniz mədənlərindən qara neft çıxarmağı,Dedim, deyirəm yenəÇıxaracaq ağ günəƏlbət səni bu sənət –

Varsa tutduğun yola ürəyində məhəbbət.Ümmanlarda tufana, dağa borana düşsən,Bir gün üzbəüz gəlib ildırımla döyüşsən,Zəfər çalarsan yəqin, qalib çıxarsan əlbət –Varsa tutduğun yola ürəyində məhəbbət.

Məhəbbətsiz bir könül sınmış quru budaqdır;Varsa eşqin, əməlin könlün vüqarlı dağdır,Özün de, nəyə gərəkEtiqadsız, əməlsiz, məhəbbətsiz bir ürək.Şərəflənər əlinlə bağlandığın hər sənət –Varsa tutduğun yola ürəyində məhəbbət...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов