Dünən zəng vurdum sizəTəbrik etməkdən ötrü qarşıdan gələn ili.Dedilər bir saat var yola düşdün dənizə.Alnını oxşayarkən Xəzərin sərin yeli,Bildim ki, hara getdin,Qara daşlara getdin.Deməli dostlarla sən təzə ilə girmədin.Ziyafət məclisində vaxtını keçirmədin.Sağlıq demədin əsla.Piyalə qaldırmayıb,Oynamağa sevdiyin havanı çaldırmayıbDənizə düşdün yola.Yox, sən, oynaq sularla gəlib üz-üzə durdun.Buruq otağın oldu.Gözəl məclis də qurdun;Şəfəqli Ay, ulduzlar əziz qonağın oldu.Mənsə öz məclisimdə dostları cəzb elədim,Sənin adınla bağlı qısa bir sağlıq dedim.Çünki sən çox arzunu yerinə yetirmisən,Bəli, vaxtı gələndəVətən bilir ki sən dəTəzə ilin bizimçin əlinlə gətirmisən.Şerim buruqda çatsın sənə teleqram kimiƏllərini sıxıram şərəfli adam kimi.Adın çəkilən zaman göylərə dəyir başım,Sağ ol, neftçi qardaşım!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов