Bağda bir qonşumuz, xəstə qarı var,Yaşı, səhv etməsəm, doxsan beş olar.Yaxın adamları seçə bilməyir,İstidə, nə yaman soyuqdur deyir,Soyuqda, nə olub, niyə hər yeriBağladınız yenə? PəncərələriAçın hava gəlsin, qış ha deyildir,O, belə yaşayır bir neçə ildir.Oturdu, bir saat gedir xəyalaKi, necə, nə sayaq dursun yerindən.Söhbət zamanları Gülqəndab xalaRazılıq eləyir nəvələrindən.Onlar bu qarının əlindən tutur.Əgər su axtarsa deyirlər oturNənə, gətirərik indi sərin su.Mən də çox sevirəm onu doğrusu.Gəlmək istəyirdi qarı bir dəfəGünorta çağları bizim tərəfə.Bundan xəbər tutub, yeriyərək mənOna hörmət edib tutdum əlindən.Axı çox qocadır Gülqəndab xala.Osa, baxıb mənə, dedi: ay balaGörən gələrəmmi gələn il bağa?

Kim bilir gələrəm bir də, ya qismət?..Nə qədər bağlıdır insan torpağa?!Onun bu eşqinə elədim heyrət,Bir günə ümidi olmayan qarıArzulayır görə gələn baharı.Ondakı həvəsə qibtə elədim,Dalıb xəyallara, düşünüb dedim:İnsan! Ömr eləsən yüz min il yəqin,Tükənməz yenə də yaşamaq eşqin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов