Dəniz kənarındakı təpə üzərindəyəm,Qayaların yosunlu, otlu bir yerindəyəm.Əgər Ayvazovski olsaydım mən, çox gümanDəniz şəkli çəkərdim durduğum qayalıqdan.Şairəm, özüm də ki, işığın aşiqiyəm,Azəri torpağının mən də bir işığıyam.Gecədir, mayak yanır.Nuru su üzərində sütun kimi uzanır.İşıq saçır, yox olur zülmətdə birdən-birə,İllərdir yol göstərir bu sayaq gəmilərə.Qaranlığın içindən baxıb nəzər salıram.Düşünürəm, dalıram;Deyirəm şeirlərim alışıb yanmasaydı,Könüllər şöləsində əgər nurlanmasaydı.Söyləməzdim mən əsla vüqarlı dağ olaydım.İstərdim işıq verən,Gəmilərə dumanda, çiskində yol göstərənBu təpə üstündəki yanan mayak olaydım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов