Tər çiçək bilib səni, bir yol baxmadım gülə,Dedim ki, mən səninlə çataram son mənzilə.Bilməyirəm şüursuz, ya qəsdən bilə-biləQırdın əhdi-peymanı, heç səndən gözləməzdim.

Güman etməzdim əsla məni salarsan dara,Axı söylə, ay gözəl, hicran hara, mən hara?Dırmandım həsrətinlə uca, qarlı dağlara,Yağdırdığın boranı heç səndən gözləməzdim.

Dənizlərdə inci yox, səni gəzdim üzərək,Tək səni axtarmışam möhnətlərə dözərək.Sənsə öz aşiqindən uzaqlarda gəzərəkBir demədin yar hanı? Heç səndən gözləməzdim.

Dedim gülər sevgimin əbədiyyət baharı,Yağdı eşqin bağına uca dağların qarı.Nə gizlədim, doğrusu, mən bu sayaq rəftarıEy eşqimin soltanı, heç səndən gözləməzdim.

Sənsiz ömrüm bənzəyər bir zavallı yetimə,Dedi ki, son qoyarsan hicrimə, həsrətimə.Vəfasız çıxdın niyə təmiz məhəbbətimə? –Ey Rahimin cananı, heç səndən gözləməzdim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви