Uçurun daxmaları
Bakını gözəlləşdirən, əzəmətlibinalar tikən ustalara ithaf edirəm.
Uçurmağı, sökməyi lənətləmiş babalar,Daş üstə daş qoymağı sevmiş ellər, obalar.Xoşlamış kənd yerinə büllur bulaq çəkməyi,Yol üstündə qatarla körpə ağac əkməyi.“Əkiblər bar yemişik – əkək nəsillər yesin,Ağac kölgəliyində yolçular sərinləsin.Ev dağıtmaq yamandır,Ev uçurma, amandır!Ağır günaha batma,Fəlakətlər yaratma!” –Belə olmuş sözləri.Saf niyyətdən doymamışÜrəkləri, gözləri.Bəs bu gün cərgə-cərgə sökülərkən binalar,Niyə sevinir, gülür gənc atalar, analar?Bu çox təbii haldır,Bu özgə cah-cəlaldır.Hələ qədim zamanlar yarananda arabaBelə deyənlər olmuş: “Gözün aydın, ay baba!”İki günə çatıblar Şamaxıdan Bakıya,Zümzümə eləyiblər, ağrılar duya-duya.Zaman gedib qabağa, fayton da, qazalaq daQalıb xeyli uzaqda.Bir gün də neft çıxaran dəmir jalonka çıxdı,Bakının qucağına cüt atlı konka çıxdı.Adamların sevinci sahil nədir bilmədi,Əcdadımın mindiyi araba sevilmədi.İşlədi ildən-iləİnsanların zəkasıÇatdı uzaq mənzilə.Zaman keçdi, Bakıda görünəndə tramvay,Şadlıq mərasiminə qonaq gəldi Günəş, Ay.Bir gün də bəyənmədik, sevmədik bu sürəti,İnkişafı xoşlayır insanın təbiəti.“Zamanın arabası” yaxşı ad verdik ona,Trolleybuslar bizi aldı qəşəng qoynuna.Deməyirəm mən hələ,Alıb sərnişinləri,Dönüb əsən ağ yeləBircə günə bir aylıqUzun, ağır yollarıQuş kimi süzüb keçir –Elektrik qatarı.Baxıb səma tərəfə,Ayırmayıb bu dəfəSizləri əsla yerdən;Başlamayım söhbətəNəhəng təyyarələrdən;Çox kənara qaçmayım,Raketadan maraqlı,Dərin söhbət açmayım.Kim bilir, sabah insan nələr icad edəcək!Gələcək nəsilləri daha da şəd edəcək.Çıxaracaq cərgədənAya uçan raketi,İnanıram buna mən.Biz qururuq bəxtəvər azadlıq dünyasını,Sözlər belə dəyişir öz köhnə mənasını.Bəli, köhnə evləri kökündən uçururuq,
Yenisini tikirik, təzəsini qururuq.Saraylar ucaldırıq daxmaların yerindəAğ günlərin bu evlər üzür şəfəqlərində.Yox, bu, ev yıxmaq deyil, kaşanə qurmaqdı bu,Bu “uçurmaq” yurdumun simasını dəyişir –Yaxşı uçurmaqdı bu!Sökün kiçik damları!Siz ey azad yurdumun yaradan adamları!Zəmanənin çox gözəl şeridir zəhmətiniz,Hələ verilməyibdir sizin şeriyyətiniz.Çox sürətlə uçurdun, yıxın köhnə evləri,Göydələndən seyr edim hər açılan səhəri.Mən bu əməlinizi xeyirxahlıq sayıram.Sizin əllərinizlə gələcək ağ günləriMən də qucaqlayıram.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-ucurun-daxmalari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Coşqun çayın qırağındaSadə, zəhmət adamları
İran başdan-başa zindandır bu günTəbriz kədərlidir, axşamdan bəriSüzür qərib-qərib həsrətkeş qəmər.
DəyirmanQərib-qərib süzürsən yenə geniş səhranı,Ətalətlə hərlənən sən, ey su dəyirmanı!
Samux meşəsindəMaşınlarla keçirik biz Samux meşəsindən,Burda qulaq tutulur motorların səsindən.
Стихи других поэтов
Ey Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Cəfərqulu xanın Mirzə Əbülqasım Qazini həcv etməsiƏla, ey munisi-dirinə qazi,Yetirdin sinnini sittinə, qazi.
SaldınQanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,